
7 oktyabr 2023-cü il tarixində yerli sosial şəbəkələrin birində (oxu.az-telegram saytı) Fələstinin hərbiləşdirilmiş təşkilatı olan “HƏMAS”ın İsrail küçələrində döyüşlər təşkil etdiyini iddia edən görüntülər paylaşılıb. Görüntü 5 mindən çox istifadəçi tərəfindən oxunulub.
Şəkil 1. “Oxu.az” saytında paylaşılan video
Videoda iki silahlı qrupun küçədə atışdığı göstərilir. Görüntülər isə mağazanın içərisindən qeydə alınıb.
Lakin, video həqiqəti əks etdirmir. Araşdırmalar nəticəsində məlum olur ki, görüntülər ilk dəfə 25 avqust 2017-ci il Amerika Birləşmiş Ştatları və Meksika sərhədində yayımlanıb. Video narkotik qrupu kimi tanınan “Körfəz Karteli”nin üzvlərinin Meksika əsgərlərinə hücumunu göstərir.
Bir cavab yazın