Press ESC to close

“BAKU.WS” instagram səhifəsinin İsraildə olan partlayış iddiası

  • 11 Oktyabr 2023

Oktyabrın 8-də “BAKU.WS” saytının 1,1 milyondan çox izləyicisi olan instagram səhifəsində İsraildə partlayış anına aid olduğu iddia edilən görüntülər yayılıb. 

İsrailin milli fövqəladə hallar təşkilatının işçisi Magen David Adom, Qəzza zolağından atılan raketin İsrailin cənubundakı Aşkelondakı dayanacaq və yaşayış binasına düşməsindən sonra yanan avtomobilləri izləyir. © Tsafrir Abayov, AP

Oktyabrın 7-də HƏMAS-ın rəhbərlik etdiyi fələstinli silahlı qruplaşmaların Qəzza zolağından “Əl-Əqsa Fırtınası”əməliyyatına başlaması ilə İsrail-Fələstin münaqişəsinin  yenidən alovlanmasına səbəb olub. HƏMAS-ın raket zərbələri  Tel-Əviv və yaxınlıqdakı şəhərətrafı qəsəbə də daxil olmaqla dörd şəhəri vurub. İsrail ordusu bildirib ki, HƏMAS gün ərzində 3500-dən çox raket atıb. Həmas yaraqlıların hücumları nəticəsində ən azı 900 israilli ölüb, 2400-ə yaxın insan yaralanıb, bir çox mülki obyekt və infrastruktura zərər dəyib.

Bu başvermiş partlayışlarla bağlı medianın Azərbaycan spektrında da bir çox saxta xəbələr yayılmışdır. “BAKU.WS” instagram səhifəsi partlayış anında panika içərisində ətrafda qaçan insanların görüntülərinin əks olunduğu videonu bu hadisənin İsraildə baş verdiyini bildirən başlıq altında paylaşıb .Paylaşım “BAKU.WS“ instaqram səhifəsindən silinib.

@baku.ws_official • Instagram reel

6,323 likes, 245 comments – baku.ws_official on October 8, 2023: “HƏMAS-ın atdığı raketdən dəhşətə gələn İsrail sakini

Lakin diqqətlə araşdırıldıqda məlum olur ki, sözügedən video İsraildə baş verən hər hansı insidentlə bağlı deyil, əksinə 4 avqust 2020-ci ildə Livanın Beyrut limanında baş vermiş faciəli partlayışdan görüntülərdir. Videoda diqqətlə baxdıqda Livan bayrağınıda görmək mümkündür. 

Sözügdegən video 2020-ci il 5 avqust tarixində “VideozNmore” YouTube kanalında paylaşılmışdır.

Nəticədə məlum olur ki, Baku.ws instagram səhifəsinin iddiası yanlışdırhəqiqəti əks etdirmir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir