Press ESC to close

“Media Savadlılığı üzrə Səriştə Quruculuğu Proqramı” başa çatıb

  • 25 Avqust 2023

MİSP inisiativinin təşkil etdiyi “Truth Squad” layihəsinin ilk mərhələsi olan “Media Savadlılığı üzrə Səriştə Quruculuğu Proqramı” uğurla başa çatdı.

Proqram ərzində seçilmiş 20 iştirakçıya 6 günlük təlim kursu çərçivəsində media və informasiya savadlılığı, verifikasiya, fakt yoxlama, araşdırma və əlaqədar mövzularda bilik və bacarıqlar təqdim olundu.

Qeyd edək ki, təlimlərin sonunda iştirakçılar arasından seçilmiş 6 nəfər 2 aylıq mentorluq proqramına cəlb ediləcək və xarici ölkələrin Azərbaycan media mühitində təbliğat kampaniyaları ilə bağlı araşdırma və fakt yoxlama fəaliyyətləri həyata keçirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir