
Media və İnformasiya Savadlılığı Portalı olaraq bu sahədə daha çox bilik və bacarıq əldə etmək imkanı verən, istənilən yerdə onlayn və oflayn olaraq istifadə edilməsi mümkün olan Azərbaycanın ilk mobil tətbiqini artıq android istifadəçiləri “Google Play” mağazasından pulsuz əldə edə bilərlər.
Azərbaycanın ilk media və informasiya savadlılığı mobil aplikasiyasını android cihazınıza endirmək üçün aşağıdakə linkə daxil olmaq və ya QR kodu oxutmaqla Google mağazasına keçid etmək olar.
Yükləmə üçün keçid: https://bit.ly/mispapp

Mobil tətbiqi mobil telefona yükləməklə media və informasiya savadlılığı sahəsində əsas mövzularla tanış olmaq, öyrənilmiş bilikləri yoxlamaq üçün testlər etmək, eyni zamanda MİSP və digər etibarlə təşəbbüslərin yoxladığı faktlarla tanış olmaq olar.
MİSP Azərbaycanda media və informasiya savadlılığının tədrisi və təşviqini nəzərdə tutan, gəlir məqsədi güdməyən sosial layihədir.
Bir cavab yazın