
Bərdədə yaşayan 13-18 yaşlı gənclərin nəzərinə!
Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Yeniyetmələr üçün Rəqəmsal kommunikasiya” layihəsi təlimlərinə qəbul elan edir.
Layihənin məqsədi 13-18 yaş arası yeniyetmələr arasında media savadlılığının artırılması və onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir. 4 gün davam edəcək təlimlər peşəkar təlimçi tərəfindən həyata keçiriləcək.
Təlimi uğurla başa vuran iştirakçılar sonda sertifikatla və simvolik hədiyyələrlə təltif ediləcəklər.
Təlimlər tam ödənişsizdir və iştirakçılar təlim vaxtı kofe fasiləsi və nahar ilə təmin olunacaqlar.
Qeydiyyat üçün linkə daxil ola bilərsiniz: https://forms.gle/YDS4TXJ9wQ8MHHTX8
Qeyd: Formu doldurmaqla problem yaşayan şəxslər +994 51 215 03 11 telefon nörməsi və ya nazim.suleymanovv@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər
Bir cavab yazın