5 sentyabrda “Axar.az”, “Reaksiya TV”, “Qarabağ Xəbər” və “XeberBiz.az” adlı sosial şəbəkə hesablarında helikopterlərin Uçan Naməlum Obyektlərin (UNO) arxasınca düşdüyü iddia edilən video paylaşıblar.
Paylaşımlarda bu hadisənin ABŞ-nin Florida ştatında baş verdiyi iddia olunur.
Görüntü “Reaksiya TV” teleqram kanalından götürülüb.
Görüntü “XeberBiz.az” feysbuk səhifəsindən götürülüb.
Biz bu iddianın doğru olmadığını sübut edən bəzi faktlar tapdıq.
Belə ki, Helikopterlərin UNO-ların arxasınca düşdüyünü iddia edən video daha əvvəl “TikTok” platformasında “Chaos Factory” səhifəsi tərəfindən paylaşılıb. Paylaşımda bu videonun “Microsoft Flight Simulator” oyunu vasitəsilə hazırlandığı qeyd olunub.
Görüntü “Chaos Factory” TikTok səhifəsindən götürülüb.
Bunu görüntüdə sarı ilə işarələnən hissədə görə bilərsiniz.
Eyni səhifədə həmçinin oxşar məzmunda olan digər video görüntüləri də görmək mümkündür.
Görüntü “Chaos Factory” TikTok səhifəsindən götürülüb.
Faktlar bunu deməyə əsas verir ki, helikopterlərin UNO-ların arxasınca düşdüyü iddia olunan video saxtadır. ABŞ-nin Florida şəhərində baş verdiyi iddia olunan videodakı hadisələr real deyil.
Bir cavab yazın