Press ESC to close

Aktivistin Polşada Rusiyaya etiraz məqsədilə 1 dəqiqə qışqırdığı iddia edilən görüntülər

  • 28 Sentyabr 2023

Mənbə: Yenigundem.az saytı

22 avqust tarixində “Yenigundem.az” saytında dərc edilən xəbərdə iddia edir ki, Belarus əsilli sənətçi və aktivist Jana Şostak bu dəfə Polşada 1 dəqiqə qışqıraraq Rusiyaya etiraz edib.

“Daha əvvəl Belarusda prezident Aleksandr Lukaşenkoya qarşı başladılan etirazlarda adından söz etdirən və dünyada “Belarus üçün 1 dəqiqəlik fəryad” aksiyası ilə tanınan Şostak Polşada da Rusiya üçün də oxşar aksiya həyata keçirib. Polşa Liberal Partiyasının da namizədi olan Şostak 1 dəqiqə mətbuat qarşısında Rusiyaya etiraz edib”, – xəbərdə bildirilir.

Ancaq bu xəbərin doğru olmadığını aşkar etdik. 

Belə ki, 2021-ci ilin may ayında Janna Şostak əslində belaruslu jurnalist və siyasi fəal Raman Prataseviçin həbsinə etiraz olaraq bir dəqiqə ərzində qışqırıb

Belarusian activist screams in protest over Protasevich arrest 

Görüntü The Independent “YouTube” kanalından skrinşot edilib.

Videoda Şostakın mətbuata açıqlama verməzdən əvvəl SOS plakatı ilə gəzdiyini, belaruslu jurnalist və fəal Raman Prataseviçin həbsini pislədiyini və bir dəqiqə qışqırdığını görmək olar. “Məndən son səsi söyləməyimi istədilər ki, daha susmaq mümkün deyil və bizə qalan bir dəqiqəlik qışqırmaqdır. Ümid edirəm ki, hamımız özümüzə uyğun qışqırırıq”, – o belə deyib.

Prataseviçin onlayn görünməsi suallar doğurub

“GETTY IMAGES”:  Protaseviç 2021-ci ilin iyununda hökumətin mətbuat konfransında

Qeyd edək ki, Belaruslu jurnalist və fəal Prataseviç 2021-ci il mayın 23-də həbs edilib. Yunanıstandan Litvaya gedən təyyarə Belarusun uçuş nəzarətçiləri heyətə bomba təhlükəsi olduğunu deməsindən sonra Minskə enməyə məcbur olub. Bu zaman Belarus vətəndaşı olan Prataseviç saxlanılıb. (Mənbə: The Guardian)

Təqdim edilən faktları nəzərdən keçirdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, “Yenigundem.az” saytının iddası saxtadır və həqiqəti əks etdirmir. Videoda əks olunan şəxs Jana Şostak olsa da, hadisənin Rusiya-Ukrayna müharibəsi ilə heç bir bağlantısı yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir