Bir həftədir ki, sosial mediada, yerli (Ölkə.az – Rəsmi vebsayt)və beynəlxalq mediada sinfə daxil olaraq LGBTQA+ bayrağını zibil qabına atan valideyn haqqında xəbərlər tirajlanır. ( “Oil London” Twitter hesabı, “Global Freedom Fighters” Facebook səhifəsi, “Ground News” vebsaytı)
Şəkil 1. “Oil London” səhifəsinin 17 sentyabr tarixli paylaşımı
Videoda valideyn olduğunu iddia edilən qadının sinfə daxil olaraq ABŞ xəritəsi üzərindən asılmış LGBTQA+ bayrağını cırıb zibilə atır. Müəllim kürsüsündə dayanan şəxs isə valideynə etiraz etməyə çalışır. Sinif daxilində olan şagirdlərdən də valideynə haqq verənlər çıxır.
Valideyn “Mən vergilərimi buna görə ödəmirəm. Oğlumu əsl kişi kimi yetişdirməyə çalışıram, siz isə ona bunları göstərirsiniz” sözləri ilə üsyan edir.
Lakin video real hadisələrə əsaslanmır və səhnələşdirilmiş sketçdir. Sketçin müəllifi sosial media fenomeni, podkastları, sehrbazlıq etdiyi videolar ilə gündəmdə olan Jibrizydir. Fenomen bu kimi səhnələşdirilmiş videoları ilə məşhurdur: Nümunə.
Belə ki, video ilk dəfə 16 sentyabr tarixində 6 dəqiqəlik versiya kimi paylaşılıb. Videonun sonunda videonun müəllifi və aktyorlar “Hər kəsə salam. Bu səhnələşdirilmiş bir videodur” deyə sözə başlayırlar.
Şəkil 2. Jibrizy-in paylaşdığı orijinal video
Video bir çox böyük sosial media səhifəsi tərəfindən müəllif hüquqları qorunmayaraq paylaşılandan sonra Jibrizy “Twitter”də bu açıqlamanı bölüşüb:
Şəkil 3. Jibrizy-in “Twitter” hesabında paylaşdığı açıqlama.
“Ana sinifdə qürur bayrağını cırır. İnsanlar bu videonu izləyici qazanmaq üçün paylaşıb mənə referans verməsə də, video orijinal olaraq mənimdir. Rejissor mənəm. Bu videonu müzakirə yaratmaq üçün çəkmişik. Feyk olduğu açıq-aşkardır. Lakin mən istəyirəm ki, öz yanaşmanız haqda debat edəsiniz”.
Bir cavab yazın