Sentyabr ayının ilk həftəsində, daha dəqiq desək, 5-də “TikTok” platformasında yarım milyondan çox izlənilən hərbi konvoy görüntülərinin 2023-cü ilə aid olduğu paylaşılıb. Belə ki, video-görüntünün üzərindəki məlumatlarda bu konvoyun 2023-cü ildə yenidən Naxçıvana səfər etdiyi qeyd olunub.
“TikTok” istifadəçisi tərəfindən paylaşılan video-görüntü
Lakin araşdırmalar nəticəsində məlum olub ki, 2023-cü ildə baş verdiyi iddia olunan görüntülər, əslində, 2020-ci ilin iyul ayına aiddir. Bunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və “Yeni Haber” xəbər agentliyinin həmin dövrdəki rəsmi məlumatlarından (və ya xəbərlərindən) görə bilərik.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 27 iyul 2020-ci il tarixli paylaşımı
“Yeni Haber” xəbər agentliyinin 27 iyul 2020-ci il tarixli paylaşımıKeçmişdə paylaşılan xəbərlərə, fotolara və video-görüntülərə əsasən deyə bilərik ki, 2023-cü ildə Azərbaycan-Türkiyə hərbi konvoyunun Naxçıvana səfər etməsi iddia olunan video-xəbər saxtadır. Videoda əks olunan hadisə 2023-cü ildə yox, 3 il əvvəl – 2020-ci ildə Naxçıvanda, Azərbaycanın və Türkiyənin birgə uçuş təlimlərini həyata keçirmək məqsədilə baş tutub.
Bir cavab yazın