Press ESC to close

Fələstinin bombalandığı görüntülər yeni deyil

  • 08 Oktyabr 2023

Oxu.az” saytının 29 mindən çox izləyicisi olan teleqram kanalında HƏMAS-ın İsrail küçələrində küçə döyüşləri təşkil etdiyi iddia edilən görüntülər yayılıb.

Görüntülər“Oxu.az” saytının teleqram kanalında paylaşılıb.

Yayılan görüntülər “İsraildə baş verən partlayışın görüntüləri” etiketi ilə paylaşılıb və minlərlə baxış sayı alıb.

Araşdırma nəticəsində məlum olub ki, paylaşılan görüntülər yeni hadisələri əks etdirmir. Sözügedən video 13 may 2023 tarixində “Days of Palastine”ın saytında paylaşılıb. 

Əlavə olaraq xəbərdə qeyd edilib ki, İsrail döyüş təyyarələri 13 may 2023, şənbə günü Qəzzə Zolağının şimalında fələstinlilərə aid bir neçə evi bombalayıb.

Beləliklə, “oxu.az” saytının iddiası saxtadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir