Press ESC to close

Video HƏMAS nümayəndələrinin İsraildə küçə döyüşlərini göstərir?

  • 08 Oktyabr 2023

7 oktyabr 2023-cü il tarixində yerli sosial şəbəkələrin birində (oxu.az-telegram saytı) Fələstinin hərbiləşdirilmiş təşkilatı olan “HƏMAS”ın İsrail küçələrində döyüşlər təşkil etdiyini iddia edən görüntülər paylaşılıb. Görüntü 5 mindən çox istifadəçi tərəfindən oxunulub. 

Şəkil 1. “Oxu.az” saytında paylaşılan video

Videoda iki silahlı qrupun küçədə atışdığı göstərilir. Görüntülər isə mağazanın içərisindən qeydə alınıb.

Lakin, video həqiqəti əks etdirmir. Araşdırmalar nəticəsində məlum olur ki, görüntülər ilk dəfə 25 avqust 2017-ci il Amerika Birləşmiş Ştatları və Meksika sərhədində yayımlanıb. Video narkotik qrupu kimi tanınan “Körfəz Karteli”nin üzvlərinin Meksika əsgərlərinə hücumunu göstərir. 

A screenshot of a video

Description automatically generated

Şəkil 2. Videonun ilk dəfə paylaşıldığı görüntü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir