
Oktyabr ayının 7-də Teleqram platformasındakı “ŞEDEVR +”, “Papirus” və “Alioglu” kanallarında ABŞ prezidenti Co Baydenin elə eyni gündə başlamış İsrail-HƏMAS münaqişəsi səbəbilə İsrailə 8 milyard dollar ayrıldığına dair xəbərlər paylaşılıb.
“Alioglu” teleqram kanalının paylaşımı
Belə ki, xəbərin paylaşıldığı görüntüdə məlumatı “Ağ Ev”in rəsmi saytının yaydığı görüntülənir.
“Papirus” teleqram kanalının paylaşımı
“ŞEDEVR +” teleqram kanalının paylaşımı
Lakin araşdırmalar nəticəsində məlum olub ki, paylaşılan görüntü “Ağ Ev”in rəsmi saytında dərc olunan məlumatın sonradan düzəliş olunmuş versiyasıdır. Bunu həm eyniadlı məlumatı “Ağ Ev”in rəsmi saytında oxuyaraq, həm də ABŞ prezidenti Co Baydenin adının yazının sağ-aşağı hissəsində yox, ortada yerləşməsindən görə bilərik. “Ağ Ev”in rəsmi saytında paylaşılan məlumatlarda Co Baydenin adı, bir qayda olaraq, sağ-aşağı hissədə yerləşir.
“Ağ Ev”in rəsmi saytında paylaşılan məlumat
“Ağ Ev”in rəsmi saytında paylaşılan məlumat 25 iyul, 2023-cü ilə aiddir və məlumatda Ukraynaya 400 milyon dollar ayrılacağı qeyd olunub. Bütün bu faktlara əsaslanaraq deyə bilərik ki, 2023-cü il, 7 oktyabrda Co Baydenin İsrailə 8 milyard ayırmasını təsdiqləyən xəbərlər saxtadır.
Bir cavab yazın