
Media və İnformasiya Savadlılığı Portalı tərəfindən “Media Savadlılığı Səfirləri” layihəsi çərçivəsində təlimçilik təlimləri həyata keçirilib. Layihə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı tərəfindən maliyyələşdirilir.
Təlim kursunda iştirakçılar media savadlılığının əsasları, dezinformasiya və zərərli məlumatların aşkar edilməsi ilə bağlı məlumatlanıb, həmçinin faktların yoxlanması üzrə bacarıqlar əldə ediblər.
Bundan əlavə, gənclər əsas təlimçilik bacarıqlarına yiyələnib, o cümlədən təlimlərin dizayn edilməsi, həyata keçirilməsi və həssas qruplarla işlə üzrə praktiki bacarıqlar qazanıblar.
Növbəti mərhələdə təlim kursunun məzunları media savadlılığının müxtəlif aspektləri üzrə Bakıda və regionlarda öz təlimlərini keçəcək, həmçinin fakt yoxlama fəaliyyətləri həyata keçirəcəklər.
Bir cavab yazın