Press ESC to close

Kiberbullinq nədir?

  • 16 Noyabr 2023

Kiberbulinq rəqəmsal platformalar və cihazlar vasitəsilə başqa bir insanı qısnama, hədələmə, utandırma, incitmə və ya hədəfə almaq davranışıdır.

Bu necə baş verir?Kiberbulinq insanların məzmunları izləyə, iştirak edə və ya paylaşa biləcəyi sosial media, formlar və ya oyun platformalarında qısa mesajların, şəkillərin və s media fayllarının yayımlanması ilə baş verir.

 Bu aşağıdakı kimi bir çox şəkildə ortaya çıxa bilər:

  • Alçaltma: Qurbanı qəsdən alçaltmaq və təhqir etmək üçün alçaldıcı və ya təhqiredici dildən istifadə etmək.
  • Qısnama: Qurbana təhqiredici və hədələyici mesajlar göndərmək.
  • Utancverici medianın paylaşılması: Qurbanı utandırmaq üçün onun foto və ya videosunu (rəqəmsal olaraq dəyişdirilmiş və ya dəyişdirilməmiş) internetə yükləmək.
  • Təqlid: Özünü başqa biri kimi təqdim edib onun reputasiyasına zərbə vurmaq.
  • Təcrid: Qurbanı qəsdən onlayn söhbətdən/qrupdan kənarda buraxmaq.

Qeyd: Bu yazının hazırlanmasında “Media Literacy Council” materiallarından istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir